Banner

Sosial

“ASAN xidmət” və “ASAN Kommunal” bayram günlərində - İŞLƏMƏYƏCƏK

“ASAN xidmət” və “ASAN Kommunal” bayram günlərində - İŞLƏMƏYƏCƏK | FED.az
10:48 4 İyun 2019

5 və 6 iyun tarixlərində Ramazan bayramı ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür.

“ASAN xidmət”dən FED.az-a bildirilib ki, 7 iyun tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Digər xəbərlər

Banner