Novruz bayramı ilə əlaqədar olaraq martın 24-dək “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür.
Bu barədə FED.az-a ASAN Xidmət-dən məlumat verilib.
Bildirilib ki, martın 25-dən etibarən vətəndaşlar mərkəzlərə üz tutaraq xidmətlərdən yararlana bilərlər.
Qeyd edək k, ölkə ərazisində 27 “ASAN xidmət” mərkəzi mövcuddur. Hazırda 3 saylı Bakı “ASAN xidmət” mərkəzi təmir-bərpa işləri ilə əlaqədar müvəqqəti olaraq fəaliyyətini dayandırıb.