İyunun 15-18-də Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar olaraq, “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.
FED.az xəbər verir ki, bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsi məlumat yayıb.
İyunun 19-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir.