Məşğulluq mərkəzlərinə müraciətlər çox olduğundan telefonlar məşğul göstərir.
FED.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev deyib.
Eləcə də bax: Qeydiyyatdan keçənlərə 190 manatın düşməsinin öyrənilməsi qaydası – VİDEO
C.Quliyev deyib ki, artıq işsiz kimi qeydiyyata alınmaqla bağlı müəyyən edilmiş qrafik məhdudiyyəti yoxdur:
“Hazırda hər bir vətəndaş həm onlayn qaydada, həm də telefonla yerli məşğulluq mərkəzlərinə müraciət edə bilər. Birdəfəlik ödəməni almaq istəyən işsiz şəxslərin qeydiyyatı bütün rayon məşğulluq mərkəzləri tərəfindən aparılır. Belə şəxslər eyni zamanda e-sosial.gov.az saytında onlayn qeydiyyatdan keçməklə müraciət edə bilərlər”.
Nazirlik rəsmisinin sözlərinə görə, 190 manatlıq birdəfəlik ödəmə yalnız heç bir gəliri olmayan, dövlətdən heç bir maliyyə vəsaiti almayan ailələrə verilir:
“Ailə dedikdə ər-arvad və onların yetkinlik yaşına çatmayan uşaqları nəzərdə tutulur. Əgər eyni ailədə ər-arvadın valideynləri varsa, onlar artıq ayrı bir ailə sayılırlar. Bu halda həmin valideynlər işsizdirsə, onlar da yardım üçün əlavə olaraq müraciət edə bilərlər”.
Modern