Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə obyektlərində - kafe və restoranlarda pandemiya qaydalarının icrasına nəzarəti davam etdirir.
Azərbaycanda bu ay 4 gün ardıcıl qeyri-iş günü olacaq
AQTA-dan FED.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyulun 2-də tarixində ölkə üzrə 421 ictimai iaşə obyektində 738 monitorinq keçirilib. Monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Sabunçu rayonu, B. Bünyadov küç., ev 510m ünvanında yerləşən, hüquqi şəxs "İSSİ" MMC-yə məxsus kafe;
2. Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində yerləşən, fiziki şəxs Babaşov Amil Xudayar oğluna məxsus restoran;
3. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ştq, Sahil çimərliyində yerləşən, fiziki şəxs Abbasov Yusif Abbas oğluna məxsus restoran;
4. Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kemal Atatürk parkında yerləşən, fiziki şəxs Seyidzadə Mircavid Mirtofiq oğluna məxsus “Park-Fore” restoranı;
5. Tovuz rayonu, Abulbəyli kəndi, Bakı-Qazax şosessində yerləşən, fiziki şəxs Nəbiyev Eldar Qədir oğluna məxsus çay evi.
Agentlik bildirir ki, Bakıda və regionlarda nəzarətin miqyası genişləndirilib və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.