Ötən həftədən fərqli olaraq bu həftə apteklərin fəaliyyətinə icazə verilir.
Eləcə də bax: Daha 5 ölüm, müalicə alan koronavirus xəstələri - 4 MİN NƏFƏRƏ ÇATIR
FED.az "apa"ya istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
Onun sözlərinə görə, apteklər əməkdaşları barədə məlumatı icaze.e-gov.az portalına daxil etdikdən sonra fəaliyyət göstərə biləcəklər: “Lakin apteklər yalnız çatdırılma xidməti ilə fəaliyyət göstərə bilər. Yəni apteklər reseptli yox, reseptsiz dərmanların zəruri hallarda evlərə çatdırılmasını həyata keçirəcəklər. Hansı aptekə necə müraciət etmək lazımdır məsələsinə aydınlıq gətirim ki, sistemdən icazə alan apteklər və onların əlaqə nömrələri mətbuata açıqlanacaq ki, vətəndaşlar öz yaşayış yerlərinə yaxın olan aptekin nömrəsini bilsin və onun üçün təxirəsalınmaz, ən zəruri hallarda dərman sifarişi edə bilsin.