BŞ-ın məşhur "Apple" şirkətinin baş direktoru və meneceri Tim Kuk öz "Twitter" səhifəsində Bakı bulvarının fotosunu yerləşdirib.
FED.az xəbər verir ki, T.Kuk fotonu avqustun 19-da qeyd edilən Beynəlxalq Fotoqrafiya Günü münasibətilə "iPhone" smartfonundan çəkilmiş şəkillər sırasından seçib.
"Mixail Zatulivetrovdan Bakı sahillərinin cazibədar anı", - T.Kuk şəklə qeyd yazıb.
Qeyd edək ki, paylaşılan şəkil məşhur rusiyalı Instagram-bloger Mixail Zatulivetrov tərəfindən çəkilib. Bu, onun Azərbaycanın paytaxtına həsr elədiyi yeganə fotoşəkili deyil.

