Banner

Sosial

ANS TV fəaliyyətini bərpa edə bilər - TELERADİO ŞURASINDAN AÇIQLAMA

ANS TV fəaliyyətini bərpa edə bilər - TELERADİO ŞURASINDAN AÇIQLAMA | FED.az
15:21 6 May 2019

ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev Azərbaycan Respublikasının Baş Prokurorluğundan ANS-ə tam bəraət qazandıran məktub aldığını açıqlayıb.

FED.az xəbər verir ki, V.Mustafayevin sözlərinə görə, məktubda 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığının tam sübuta yetirildiyi bildirilib.

Eləcə də bax: Ümumrespublika xəbər kanalını açacaq şirkət seçildi - LİSENZİYA ALDI

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev deyib ki, rəsmi sənədlə tanış olmadan konkret fikir bildirməkdə çətinlik çəkir:

“Məlumatım olmadığı üçün nə deyə bilərəm? Hazırda mənim əlimdə Baş Prokuroluğun sənədi yoxdur bilim ki, bu həqiqətdir, yoxsa yox. Mən o sənədi görməmiş heç nə deyə bilmərəm”.

A.Hacıyev “Bu sənədi görəcəyiniz və deyilənlərin həqiqət olduğuna əmin olacağınız təqdirdə ANS-in fəaliyyəti bərpa oluna bilərmi” sualına cavabında “bilmirəm, sənədi görəndən sonra danışarıq”,- cavabını verib.

Eləcə də bax: İnternet nəhənglərinə yeni vergi - TƏTBİQ EDİLƏCƏK

Digər xəbərlər

Banner