Almaniya Ərzaq və Kənd Təsərrüfatı Nazirliyinin təklif etdiyi proqram AFR hökumətinin iclasında bəyənilib. Proqramın məqsədi almanlarda ərzaq məhsullarından qənaətlə istifadə etmək vərdişləri formalaşdırmaqdır.
FED.az xəbər verir ki, hökumət istehlaka hələ yararlı olan məhsulların tullanması həcmini qarşıdan gələn onillikdə iki dəfə azaltmaq niyyətindədir. Hazırda Almaniyada hər il təqribən 11 milyon ton yeməyə tam yararlı ərzaq məhsulları atılır ki, bu da adambaşına təqribən 55 kiloqram ərzaq deməkdir.
Doğrudur, Almaniya, məsələn, Fransa kimi, satılmamış ərzaq məhsullarını xeyriyyə təşkilatlarına verməyi supermarketlərin öhdəsinə qoyan xüsusi qanun qəbul etməyi planlaşdırmır.