Ombudsman dəfn pulu, ailə başçısını itirməyə görə müavinətin artırılmasını təklif edib.
FED.az xəbər verir ki, bu tövsiyə İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə məruzəsində öz əksini tapıb.
Eləcə də bax: Pensiya yaşına 7-10 il qalmış əmək müqaviləsinin ləğv edilməsi qadağan - Oluna Bilər
“Sosial müavinətlər haqqında” qanunla nəzərdə tutulmuş birdəfəlik müavinətlərin zəruri hallarda ödənildiyini nəzərə alaraq, uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün, habelə dəfn üçün nəzərdə tutulmuş müavinətlərin, bununla yanaşı, ailə başçısını itirməyə görə və bir yaşınadək uşağı olan aztəminatlı ailələrə ödənilən müavinətlərin məbləğinin artırılması təklif edilib. (Qafqazinfop)