Sosial

Ailə başçısını itirməyə görə daha çox kişilər - PENSİYA ALIR

Ailə başçısını itirməyə görə daha çox kişilər - PENSİYA ALIR | FED.az
09:58 11 Okt 2019

Pensiya təminatı ilə əhatə olunan vətəndaşlar arasında qadınlar üstünlük təşkil edir. Amma ailə başçısını itirməyə görə pensiya alanlar arasında kişilər daha çoxdur. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FED.az-a daxil olmuş məlumatda bildirilir ki, hazırda ölkəmizdə əmək pensiyası ilə təmin olunanların sayı 1 milyon 350 min 680 nəfərdir. Onlardan 57 faizi (763 260 nəfər) qadınlar,  43 faizi (587 420 nəfər) kişilərdir.

Eləcə də bax: Nazir: "Gələn ilin əvvəlindən pensiyalar ARTACAQ"

O cümlədən, yaşa görə pensiyaçıların 492 315 nəfərini qadınlar və 262 497 nəfərini kişilər, əlilliyə görə pensiya alanların 172 308 nəfərini qadınlar və 202 697 nəfərini kişilər, ailə başçısını itirməyə görə pensiya alanların 98 637 nəfərini qadınlar və 122 226 nəfərini kişilər təşkil edir.

Digər xəbərlər