ABŞ-ın Qida və Dərman Agentliyi (FDA) Philip Morris International-a (PMI) məxsus IQOS cihazının iki versiyası və HEETS markası altında kommersiyalaşdırılan tütün çubuqlarının üç variantı üçün əvvəllər verilmiş dəyişdirilmiş riskli tütün məhsulu üzrə (DRTM) qərarlarını yenidən təsdiq edib. Bu təsdiq PMI-yə yanma yolu ilə istehlak edilən siqaretlər kimi ənənəvi tütün məhsullarından istifadə edən 21 yaşdan yuxarı ABŞ vətəndaşlarına sağlamlığa zərərin azaldılması barədə məlumat paylaşmağa davam etməyə imkan verir.
FED.AZ xəbər verir ki, agentlik belə nəticəyə gəlib ki, IQOS və HEETS üçün DRTM icazələrinin yenilənməsi əhalinin sağlamlığının təşviqi baxımından məqsədə uyğundur. Bu təsdiq tütün məhsullarından istifadə edən və etməyən şəxslər də nəzərə alınmaqla, əhalinin ümumi sağlamlığı üçün fayda verəcək.
FDA öz qərarında bildirib ki, elmi tədqiqatlara əsasən ənənəvi siqaretlərdən tam şəkildə IQOS sisteminə keçid orqanizmin zərərli və ya potensial zərərli kimyəvi maddələrə məruz qalmasını əhəmiyyətli dərəcədə azaldır. Rəsmi qurum bir daha təsdiq edib ki, uzunmüddətli epidemioloji tədqiqatlar aparılmadan mövcud olan elmi sübutlar fərdi tütün istifadəçiləri arasında xəstələnmə və ya ölüm hallarının əhəmiyyətli dərəcədə azalmasının mümkün olduğunu göstərir.”
PMI U.S.-in baş icraçı direktoru (CEO) Steysi Kennedinin sözlərinə görə, PMI ABŞ-da qızdırılan tütün məhsulları üçün DRTM icazələrini uğurla əldə edən və qoruyub saxlayan yeganə şirkətdir: ”Biz elmi əsaslı alternativlərimizin yetkin siqaret çəkənlərə yanma yolu ilə istehlak edilən siqaretlərdən uzaqlaşmaqda kömək edə biləcəyinə inanırıq. FDA-nın bu qərarı həm IQOS-u dəstəkləyən ciddi elmi əsasları, həm də böyüklər üçün tüstüsüz seçimləri məsuliyyətlə təqdim etmək öhdəliyimizi əks etdirir.”
Xatırladaq ki, IQOS 2.4 sistemi 2019-cu ildə əvvəlcədən bazara çıxış üçün tütün məhsulu müraciəti (TMM) prosesi vasitəsilə icazə aldıqdan sonra, 2020-ci ildə FDA-nın DRTM prosesi çərçivəsində “ictimai sağlamlığın təşviqi baxımından uyğun” hesab edilərək icazə verilmiş ilk qızdırılan tütün məhsulu olub. IQOS 3.0 sistemi isə 2020-ci ildə ilkin bazar icazəsindən sonra 2022-ci ildə DRTM statusu alıb.













