ABŞ-ın Nyu-York ştatının qubernatoru Endryü Kuomo COVID-19 pandemiyası ilə bağlı sərt karantin müddətində toy mərasimini onlayn formada keçirməyə icazə verib.
Eləcə də bax: ABŞ-ın 29 ştatında - MƏHDUDİYYƏTLƏR TEZLİKLƏ GÖTÜRÜLƏCƏK
FED.az BBC telekanalına istinadla xəbər verir ki, cütlüklər internet üzərindən ərizə verə bilərlər, dövlət xidmətləri isə mərasimi onlayn şəkildə keçirəcəklər. “Siz indi bunu “Zoom” vasitəsilə edə bilərsiniz. Hə, ya yox?”, - deyə Kuomo brifinqdə bildirib.
Bu qərar koronavirus səbəbindən ştatda məhdudlaşdırıcı tədbirlərin mayın 15-dək uzadılmasından sonra qəbul edilib.
Azərtac