FED.az xəbər verir ki, ABŞ prezidenti Donald Trump müvəqqəti iş vizası olan “H1B”ə ABŞ – da yaşamaq istəyənlər üçün vətəndaşlığa aparacaq dəyişikliklər etməyə hazırlaşdığını bildirib.
Eləcə də bax: "Kürdlərə hücum etsələr Türkiyəni iqtisadi olaraq məhv edəcəyik"
Bu barədə sosial şəbəkədə məlumat paylaşan ölkə başçısı “H1B” vizası ilə ABŞ – da işləyənlər əmin ola bilərlər ki, bu andan etibarən onların vətəndaşlıq almasını asanlaşdıracaq qaydalar tətbiq edəcəyik. Məqsədimiz isə bacarıqlı və işgüzar insanların ölkədə yaşayışını təmin etməkdir”, - deyə bildirib.
Qeyd edək ki, sözügedən viza əsasən texnologiya, federal qurumlar və universitet tələbələrinin ölkədə işləməsini təmin edir. (Kommersant.az)