Müasir iqtisadiyyat həyatın bütün sahələrinə, xüsusilə də gənclərin sahib olmaq istədikləri bütün növ peşəyə öz təsirini göstərib. FED.az gənc mütəxəssislərin fikirlərinə əsaslanaraq ABŞ gənclərinin üstünlük verdiyi peşələri təqdim edir.
1. Statistika mütəxəssisi
Bu peşəyə daha çox milleniallar adlandırılan gənclər üstünlük verirlər(44%). 35 yaşdan yuxarı olanlar isə kiçik bir hissə təşkil edir. Yeni texnologiyalar, məlumatların əldə edilməsi və analitik düşüncə tərzi - bütün bunlar gənclərin bu peşədə daha çox uğur qazanmasına imkan verir.
2. Barmen
ABŞ-da cəmi 454 min barmen var. Bunun da 190 mini 25-dən 34 yaşa qədər insanlardır. Qeyd edək ki, bu, yüksək ödənişli peşə hesab olunmur, çünki burada barmenlər ildə orta hesabla 20 min 800 dollar qazanır. Buna görə, bir qayda olaraq, barmenlərə ev satın almaq üçün qənaət etmək və ya pensiya üçün pul qazanmaq çətindir. Buna baxmayaraq bəzi yerlərdə yüksək maaş alan barmenlər də var. Məsələn Havay adalarında fəaliyyət göstərən barmenlər ildə 50 min dollara yaxın pul qazana bilir.
3. Maliyyə analitiki
Maliyyə analiti - bu işin peşəkarları üçün ən məşhur peşədir. Birləşmiş Ştatlarda cəmi 307 min maliyyə analitik var. Onlardan 126 mini 34 yaşınadək gənclərdir. Yəni hər 5 analitikdən 2-si milleniallardan ibarətdir. İstənilən yaşda olan şəxslərə bu peşə karyera inkişafı üçün əla imkandır. Orta hesabla ABŞ-da maliyyə analitikləri 82 min dollar qazanırlar.
4. Reklam meneceri
Reklam menecerləri şirkətin işini genişləndirmək üçün reklam siyasətini planlayan insanlardır. Bir qayda olaraq, onlar çox yaxşı qazanırlar. ABŞ-da 67 min reklam menecerinin təxminən 40% -i 34 yaşınadək olan gənclərdir. Bu mövqeyi əldə etmək üçün uzun illər təcrübə və ən azı bakalavr dərəcəsi lazımdır.
5. Təcili yardım işçisi
ABŞ-da təxminən 194 min belə mütəxəssis var. Bunların 38%-i, yəni 75 min nəfər 25-dən 34 yaşa qədər olan gənclərdir. Təcili yardım işçisi olmaq üçün xüsusi bir sertifikat almaq lazımdır. Ekspertlər belə mütəxəssislərinə ehtiyacının digər sənaye sahələrindən daha çox artacağını proqnozlaşdırırlar. Analitiklərin sözlərinə görə, bu işin stresli olmasına baxmayaraq, gənclərin daha çox müraciət etməsi təəccüblü deyil.
6. Həkim köməkçisi
Həyatını səhiyyə ilə bağlayaraq karyera qurmaq istəyənlər üçün həkim köməkçiliyi əla fürsətdir. Amma bu sənətini seçənlər təhsil kreditlərini ödəməkdə çətinlik çəkə bilərlər. ABŞ-da həkim köməkçiləri əsasən 39 yaşa qədər olan insanlardır. Amma burada çalışan həkim köməkçilərinin 38%-i 34 yaşa qədər olan gənclərdir.
7. Veb-dizayner
İnternet müasir iqtisadiyyatın inkişafında mühüm amildir. Bir çox gənc müasir iqtisadiyyatın bu xüsusiyyətindən faydalanır və həyatlarını yeni texnologiyalarla birləşdirir. Bu sahədə çalışanların əksəriyyəti 37 yaşa qədər olan gənclərdir.
8. Bazar analitiki
Bu insanlar müəyyən bir bazarda məhsulların daha yaxşı tanıtımını necə başa düşmək üçün bazar tədqiqatları aparırlar. Birləşmiş Ştatlarda təxminən 300 min nəfər bu mövqedə çalışır. Onların 37% -i 25-dən 34-yə qədər olan gənclərdir.
9. Video-operator
Televiziya operatorluğu çox məşhur deyil. ABŞ-da təxminən 54 min nəfər bu ixtisasda çalışır. Bunlardan 20 min nəfər 25-34 yaş arası gənclərdir.
10. Yanğınsöndürən
Paramediklərdə olduğu kimi bu da gənc və güclü insanlar üçün uyğun peşədir. Əlbəttə ki, belə bir iş fiziki cəhətdən təhlükəli və olduqca gərgindir. ABŞ-da yanğınsöndürənlərin orta yaşı 38-dir. Amerikada bu işdə çalışan insanların ümumi sayı 252 min nəfərdir. Bunlardan 90 min nəfər 25-34 yaş arası gənclərdir. ABŞ-da yanğınsöndürənlərin illik maaşı 48 min dollar təşkil edir.
ABŞ-da ən məşhur 10 peşə - SİYAHI
09:23
29 Dek 2017