Xırdalandakı "AAAF Park" Yaşayış Kompleksinin rəhbərliyi bir müddət əvvəl kommunal xidmət problemləri ilə etiraz aksiyası keçirən sakinlərin şikayətləri ilə bağlı yeni qərar qəbul edib.
FED.az xəbər verir ki, "AAAF Park"ın təsisçisi Tofiq Heydərov bu barədə məlumat verib:
"Dünyada və respublikamızda yaranan müvəqqəti çətinlikləri nəzərə alaraq şirkətimiz hər il bu məsələrlə əlaqəli olaraq milyonlarla vəsaitlər ayıraraq sakinlərimizin şəraitinin yaxşılaşdırılması üçün müəyyən tədbirlər görür. Çünkü sakinlərimizin çoxu kredit borcu ödəməklə yanaşı komunal borcları ödəməyə həqiqi mənada çətinlik çəkirlər. Əslində yanvar ayından yeni bir qurum təsis edilməklə parkda bütün olan bütün idarəçilik sakinlərimizə və Zirvə idman klubuna veriləcəkdi. Mənzil və obyektlərin çıxarışlarının azca yubanması buna hüquqi cəhətdən mane oldu".
T.Heydərov "AAAF Park" Yaşayış Kompleksində sakinlərin şəraitinin yaxşılaşdırılmasını nəzərə alaraq belə qərar verib:
1. 2017-ci il dekabr ayının 31- dək sakinlərin şirkətə olan bütün kommunal borcu və istiliyə görə olan bocları ləğv edilsin.
2. 2018-ci il dekabr ayının 31-dək "AAAF Park" sakinləri kommunal ödənişlərdən və istiliyə görə olan ödənişlərdən azad edilsin.
3. Sakinlərə sayğacların alınması üçün şirkətlərimiz tərəfindən 12 ay müddətinə faizsiz borc krediti verilməsi üçün köməklik göstərilsin.
4. Mənzil borclarını ödəyə bilməyən sakinlərimizə kredit müddəti müəyyən vaxta qədər artırılsın.
5. Mənzilin kredit borcunu tam ödəyən sakinlərimizə 30 faiz endirilməklə Çıxarışların ödənişsiz verilməsi təmin edilsin.
6. AAAF park yaşayış komplesinin ərazisində fəaliyyət göstərən kluba məxsus obyektlərdə onların üzvlük kartına görə
ödəmələrdə əlavə olaraq endirimlər edilsin.
7. İşıq, su və qaza görə olan borclarını ödəyə bilməyən sakinlərə müraciət əsasında yardımlar edilsin.
8. "AAAF Park" ərazisində yaşayan ailələr arasında heç bir yerdə işləməyən ailə üzvlərindən biri şirkərlərimizə işə götürülməsinə şərait yaradılsın.
9. Ayda ən azı bir dəfə olmaqla "AAAF Park" konfrans zalında sakinlərlə görüş təşkil edilsin və qaldırılan məsələlər haqqında tədbirlər görülsün.
T.Kazımov bəyan edib ki, problemlərin həllində sakinlər də öz təkliflərini verə bilərlər:
"Yenə də sakinlərimiz arasında axtarışdayam və buradan sakinlərimizə müraciət edirəm ki, hansı sahədə və işlərdə bizlərə köməklik göstərə bilərlərsə mənə ərizə şəklində müraciət etsinlər. ( messenger vasitəsi ilə göndərədə bilərlər) Bütün bu olan hadisələri nəzərə alaraq bu il sakinlərimizə ediləcək köməkliyi vətəndaşlıq borcu bilərək sizlərin nəzərinə çatdırıram. Hər bir sahibkara çətin vəziyyətdə olan müştərilərimizə və ya vətəndaşlarımıza köməklik etmələrini xahiş edirəm. Belə addımlar onların şirkətlərinin və respublikamızın inkişafına böyük təkan verə bilir".