Sevgililər Günü münasibətilə bu il ABŞ-da xərclərin 2018-ci illə müqayisədə 32 faiz artaraq 27.4 milyard dollar olacağı gözlənilir.
Eləcə də bax: Türkiyədə Sevgililər Günü 500 milyon dollara başa gəlib - TƏFƏRRÜATLAR
FED.az-ın məlumatına görə, ABŞ Milli Pərakəndə Ticarət Birliyi (NRF) tərəfindən 7267 nəfərin iştirakı ilə keçirilmiş sorğunun nəticələri bu ilin 14 fevralını ölkədə qeyd edəcəklərin adambaşına orta hesabla 196.31 dollar xərcləməyi planlaşdırdıqlarını göstərir.
Ölkədə 14 Fevral üçün ediləcək xərclərin əvvəlki ilə nisbətən 32 faiz artacağı hesablanarkən, Sevgililər Günü üçün ümumi xərclərin son illərdə ən yüksək səviyyəyə çatacağı gözlənilir.
Amerikalıların keçən il 14 fevral üçün 20,7 milyard dollar xərclədiyi təxmin edilsə də, gözləntinin 2018-ci ildə 19,6 milyard dollar, 2017-ci ildə 18,2 milyard dollar, 2016-cı ildə 19,7 milyard dollar olduğu bildirilir.
Sevgililər Günü çərçivəsində Amerikalıların 5.8 milyard dollarlıq zinət əşyalarına, 4.3 milyard dollar kənarda axşam yeməyinə, 2.9 milyard dollar geyimə və 2.4 milyard dollara şokolad və şəkərə xərclədiyi təxmin edilir.
14 Fevralın ən çox bəyənilən hədiyyələrindən biri olan çiçəklərə 2.3 milyard dollar xərclənəcəyi gözlənilsə də, hədiyyə kartlarına 2 milyard, şənlik kartlarına 1.3 milyard dollar xərclənəcəyi təxmin edilir.
ABŞ-da yaşayan istehlakçıların fevralın 14-də həyat yoldaşları üçün orta hesabla 101,21 dollar, digər ailə üzvləri üçün 30.19 dollar və dostları üçün 14.69 dollar xərcləyəcəyi gözlənilir.
Sevgililər Günündə amerikalıların həmkarlarına hədiyyə almaq üçün 12,96 dollar, ev heyvanları üçün hədiyyələrə isə 12,21 dollar xərcləyəcəyi gözlənilir.