Növbəti iki gün ərzində Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova FED.az-a açıqlamasında bildirib ki, növbəti iki gün ərzində ölkə ərazisində hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir: "Mülayim qərb küləyi əsəcək".
Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında yaxın iki gün ərzində havanın temperaturu 33-38, bölgələrdə 34-39, dağlıq ərazilərdə isə 23-28 dərəcə təşkil edəcək: "Növbəti günlərdə hava şəraitində mühüm bir dəyişiklik gözlənilmir".