35 min işsiz şəxsə birdəfəlik ödəmənin verilməsi məqsədilə bank filiallarına və poçt şöbələrinə vəsaitlərin köçürülməsi təmin edilib.
Eləcə də bax: 190 manatı müraciətdən neçə gün sonra ala bilərik? – VİDEO
FED.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, ölkənin coğrafi regionları üzrə müəyyən olunmuş qrafikə uyğun olaraq müraciətlərin qəbulu və ödənişlərin aparılması müvafiq müraciət prosedurları icra edildikcə davam etdiriləcək.
Qeyd edək ki, “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Qərar təsdiq olunmaqla müvafiq mexanizmin işləmə forması müəyyənləşdirilib.