Rusiya hökuməti 2025-ci il yanvarın 1-dən Rusiyada minimum əmək haqqının 22 440 rubl (cari məzənnə ilə təxminən 410 manat) olacağı qanun layihəsi təqdim edib.
"Minimum əməkhaqqı və pensiyaların artırılması ilə bağlı təkliflərin noyabrın 1-dək təqdim ediləcəyi gözlənilir"
FED.az xəbər verir ki, sənəd Dumanın elektron məlumat bazasında yerləşdirilib.
Qanun layihəsində deyilir: "2025-ci il yanvarın 1-dən minimum əmək haqqı aydlıq 22 440 rubl məbləğində müəyyən edilsin".
İzahatda qeyd olunur ki, qanun layihəsi Rusiya Prezidenti Vladimir Putinin minimum əmək haqqının daha sürətlə artırılması və minimum əmək haqqının 2030-cu ilə qədər 2023-cü illə müqayisədə iki dəfədən çox artırılması ilə bağlı qarşıya qoyduğu tapşırığın icrası məqsədilə hazırlanıb.
Minimum əmək haqqında artım 16,6% təşkil edəcək.
Qanun layihəsinin müddəalarının həyata keçirilməsi 4,2 milyona yaxın işçinin əmək haqqının artırılmasını təmin etməyə kömək edəcək. (Marja)