2024-cü il yanvarın 1-dən Azərbaycanda pensiyaların indeksləşdirilərək artırılması nəticəsində orta aylıq pensiya məbləği 436 manatdan 485 manata çatacaq.
Pensiya kapitalı məbləğləri indeksləşdiriləcək
FED.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, pensiyaların indeksləşdirilərək artırılması nəticəsində yaşa görə orta aylıq pensiyanın məbləğinin 467 manatdan 519 manata çatacaq.
Prezident İlham Əliyev fevralın 5-də “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncam imzalayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, sərəncamla 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır. Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən artımlar üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək. (İnterfaks-Azərbaycan)