Nazirlər Kabineti 2018-ci ilin Novruz, Ramazan və Qurban bayramları barədə qərar verib.
FED.az xəbər verir ki, Nazirlər Kabinetin mətbuat xidmətinin rəhbəri Akif Əlinin APA-ya verdiyi məlumata görə, qərara əsasən 2018-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 15, 16 iyun Ramazan bayramı, 22, 23 avqust Qurban bayramıdır.
Qanunvericiliyə uyğun olaraq həmin günlər iş günü hesab edilmir.