Bəzi startaplar çox böyük miqdarda investisiya alsa da, 2017-ci il onlar üçün uğrlu olmadı. Belə ki, həmin startaplar bu il fəaliyyətini dayandırmalı oldu.
Xarici mediada 2017-ci ildə batan startap layihələrinin adı açıqlanıb.
Beepi (2013 – Fevral 2017)
Aldığı investisiya: 150 milyon dollar
Dəyəri: 560 milyon dollar
Beepi avtomobilini satmaq istəyənləri və ikinci bir avtomobil almaq istəyənləri bir araya gətirən platforma idi.
Quixey (2009 – Fevral 2017)
Aldığı investisiya: 133 milyon dollar
Dəyəri: 600 milyon dollar
Quixe mobil tətbiqləri skan edən axtarış sistemi idi.
Yik Yak (2013 – Aprel 2017)
Aldığı investisiya: 73 milyon dollar
Dəyəri: 400 milyon dollar
Yik Yak anonim sosial şəbəkəsi idi.
Maple (2014 – May 2017)
Aldığı investisiya: 29 milyon dollar
Dəyəri: 115 milyon dollar
Maple Nyu-Yorkda yerləşən bir yemək xidməti idi.
Sprig (2013 – May 2017)
Aldığı investisiya: 57 milyon dollar
Dəyəri: 110 milyon dollar
Sprig abunəçilərinə hər gün yemək göndərən servis idi.
Hello (2012 – İyun 2017)
Aldığı investisiya: 40 milyon dollar
Dəyəri: 300 milyon dollar
Hello məşhur Sense adlı yuxu təqib sensorunun arxasındakı ad idi.
Jawbone (1997 – İyun 2017)
Aldığı investisiya: 1 milyard dollar
Dəyəri: 3 milyard dollar
Jawbone dünyanın ən məşhur texnologiya şirkətlərindən biri idi.
Juicero (2013 – Sentyabr 2017)
Aldığı investisiya: 118,5 milyon dollar
Dəyəri: 270 milyon dollar
Juicero ağıllı meyvə şirələri istehsal edən startap idi
Raptr (2008 – Sentyabr 2017)
Aldığı investisiya: 44 milyon dollar
Dəyəri: 170 milyon dollar
Raptr oyunçular üçün nəzərdə tutulmuş bir sosial şəbəkə idi və istifadəçilərin saatda hansı oyunları oynadığını göstərə bilirdi.
Doppler Labs (2013 – Noyabr 2017)
Aldığı investisiya: 51 milyon dollar
Dəyəri: 235 milyon dollar
Doppler Labs smart qulaqlıq hazırlayan bir hardware istehsalçısı idi.
xeberler.az©