Dövlət başçısının sərəncamı ilə pensiyaçılar üçün nəzərdə tutulan 200 manatlıq maddi yardım hər dəfə 50 manat olmaqla 4 dəfəyə veriləcək.
FED.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qeyd edək ki, sərəncama əsasən, 200 manat məbləğində maddi yardım sığorta prinsipi ilə pensiya alanlara veriləcək və ümumilikdə 1,1 milyon nəfəri, yəni pensiya alanların ümumilikdə 92%-ni əhatə edəcək.
Nazirlikdən bildirilib ki, 200 manat maddi yardım rüblər üzrə bölünməklə hər rübün 1-ci ayında pensiyaçılara ödəniləcək və ilkin ödəniş fevral ayının pensiyaları ilə birgə veriləcək.