Birdəfəlik vəsait (190 manat) alan işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərin tam siyahısı açıqlanıb.
FED.az xəbər verir ki, məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında birdəfəlik vəsait alan şəxsin fotosu, adı, soyadı, müraciət etdiyi rayon və ya şəhərin adı, onlara təqdim edilmiş aktivlər, aktivlərin təhvil verilməsini əks etdirən rəsmi sənədlər (skan edilmiş formada), foto və videomateriallar əks olunub.
Nazirlik bu sahədə şəffaflıq və ictimai açıqlıq prinsipini rəhbər tutaraq, birdəfəlik ödəniş edilmiş 600 min şəxsin siyahısını rəsmi saytında yerləşdirib. (https://mas.mlspp.gov.az/selfemployment/?fbclid=IwAR1CAFQDFzzSRZYMelWRNHZpC6rcwPNUjSRm8XMp-ieQ7fzOI77b9-0gp0w)
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılmaqla, birdəfəlik ödəmə verilənlərin sayı 200 mindən 600 min çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aprelin 9-dan ödəniş prosesi həyata keçirilib.