Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə almış şəxslərə eyni məbləğdə birdəfəlik ödəmə veriləcək.
FED.az xəbər verir ki, Nazirlər Kabinetinin bu gün imzaladığı qərara əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində ödəmə birdəfəlik şəkildə həyata keçiriləcək.
Ödəmə həmin şəxslərin banklar tərəfindən təqdim edilmiş bank kartlarına köçürüləcək.
Qeyd edək ki, 190 manat ödəmə yalnız xüsusi karantin rejiminin elan olunduğu bölgələrə aiddir.