Məşğulluq mərkəzlərində və ya e-sosial.az portalında işsiz kimi qeydiyyata alınmış 100 min şəxsə 19 milyon manat dəyərində maliyyə yardımı edilib.
Eləcə də bax: İşsizlikdən sığorta mexanizmi - SADƏLƏŞDİRİLƏCƏK
FED.az xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb. Bildirilib ki, aprelin 9-dan etibarən və gündəlik olaraq 190 manat məbləğində birdəfəlik ödəmə vəsaitlərinin bank və poçt filiallarına köçürülməsi həyata keçirilir.
Artıq 100 min işsiz şəxs üçün bu vəsait köçürülüb.