Məhkəmə-Hüquq Şurasının qərarları ilə vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol verdiklərinə görə 100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb. Hakimlərin 35 nəfəri isə korrupsiya hüquqpozmalarına görə ciddi intizam məsuliyyətinə cəlb edilib.
FED.a xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Hakim adına və nüfuzuna xələl gətirən hərəkətlərin yolverilməzliyi, lazımi nəticə çıxarmayan və işində dönüş yaratmayan hakimlərə məhkəmə sistemində yer olmadığı qeyd edilib. Məlumatda bildirilib ki, hazırda 80-dək hakimin fəaliyyətinin prinsipial qiymətləndirilməsi aparılır.
Eyni zamanda yeni qaydalar əsasında şəffaf prosedurlarla seçilən 100-dən çox hakimliyə namizədin təyinatı nəzərdə tutulur.
100-dən çox hakim məhkəmələrdən kənarlaşdırılıb - AÇIQLAMA
20:14
24 Sen 2018