Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edib.
FED.az-ın məlumatına görə, qərara əsasən dövlət peşə təhsil mərkəzləri yaradılıb.
ELƏCƏ DƏ BAX: Universitetlərin ƏDV-dən azad olunması özünü doğruldub? - ARAŞDIRMA
Beləliklə, Abşeron Binə Peşə Liseyi Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə birləşdirilib.
Eyni zamanda 1 nömrəli Sumqayıt Peşə Liseyi və 10 nömrəli Sumqayıt Peşə Liseyi birləşdirilərək onların bazasında Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi,
3 nömrəli Sumqayıt Peşə Liseyinin bazasında Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi,
Xaçmaz Peşə Məktəbi və Xaçmaz Peşə Liseyi birləşdirilərək onların bazasında Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzi,
Lerik Peşə Məktəbi və Lənkəran Peşə Liseyi birləşdirilərək onların bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəz,
Cəlilabad Peşə Məktəbi və Cəlilabad Peşə Liseyi birləşdirilərək onların bazasında Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi,
Ağstafa Peşə Məktəbi,
Vüqar İdris oğlu Süleymanov adına Qazax Peşə Liseyi və Tovuz Peşə Liseyi birləşdirilərək onların bazasında Tovuz Dövlət Peşə Təhsil Mərkəzi,
1 nömrəli Şəki Peşə Məktəbi və 2 nömrəli Şəki Peşə Məktəbi birləşdirilərək onların bazasında Şəki Dövlət Peşə Təhsil
Mərkəzi yaradılıb.
O cümlədən 1 nömrəli Balakən Peşə Məktəbi və 2 nömrəli Balakən Peşə Məktəbi birləşdirilərək onların bazasında Balakən Dövlət Peşə Təhsil Mərkəzi,
2 nömrəli Ağdam Peşə Məktəbi və 4 nömrəli Ağdam Peşə Məktəbi birləşdirilərək onların bazasında Ağdam Dövlət Peşə Təhsil Mərkəzi,
1 nömrəli Füzuli Peşə Məktəbi və 2 nömrəli Füzuli Peşə Məktəbi birləşdirilərək onların bazasında Füzuli Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.
Bu Qərarla yaradılan Dövlət Peşə Təhsil Mərkəzlərinin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsində Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək. Bu təhsil müəssisələri Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının ilk peşə-ixtisas təhsili müəssisələri bölməsinə daxil edilib.
10 yeni dövlət peşə təhsil mərkəzi yaradıldı - SİYAHI
00:14
30 Noy 2018