Azərbaycanda həyatın ölüm halından könüllü sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 19 milyon 416 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 608 min manat və ya 3% çoxdur.
2023-ci ilin yanvar-avqust aylarında bu göstərici 18 milyon 809 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 1 milyon 488 min manat təşkil edib ki, bu da illik müqayisədə 469 min manat və ya 46% çoxdur.
Əvvəlki ilin eyni dövründə 1 milyon 19 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 8% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 3% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 5% təşkil edib.