Azərbaycanda ən çox zərərli olan sığorta növləri məlum olub.
FED.az ödəniş-yığım nisbəti üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ölkə üzrə sığorta növlərində ümumi zərərlilik 56% təşkil edib. Ümumi zərərlilik illik müqayisədə 8% artıb.
Hesabat dövründə ən çox zərərli sığorta növü 1035% olmaqla digər icbari sığorta növlərinə aid olub. Bununla belə bu sığorta növündə zərərlilik təxminən 2 dəfəyədək azalıb.
Könüllü sığorta bazarı üzrə ümumi zərərlilik 12%-ə bərabər olub. Bu 2023-cü il ilə müqayisədə 7% çoxdur.
Könüllü sığortada ən yüksək zərərlilik həyat sığortası üzrə 74%, qeyri-həyat sığortası üzrə 37%, şəxsi sığorta 73%, əmlak sığortası üzrə 16% təşkil edib. Zərərlilik həyat sığortası üzrə 20% artıb, qeyri-həyat sığortası üzrə 17% azalıb, şəxsi sığorta üzrə 10% artıb, əmlak sığortası üzrə 32% azalıb.
Həyat sığortası üzrə ən zərərli sığorta növü həyatın yaşam sığortasında 79% olmaqla qeydə alınıb. Bu illik müüqayisədə 21% çoxdur
Şəxsi sığortada isə ən zərərli tibbi sığorta növü 79% olmaqla tibbi sığorta üzrə qeyd alınıb. Bu sığorta növü üzrə zərərlilik son bir il ərzində 9% artıb.
Əmlakın sığortası üzrə ən zərərli sığorta növü kənd təsərrüfatı heyvanlarının sığortası üzrə olub ki, zərərlilik 63% təşkil edib. Bu sığorta növü üzrə zərərlilik əmsalı 36%, başqa sözlə 2 dəfədən çox artıb.
İcbari sığortada avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik isə 78%-ə bərabər olub. Bu da illik 21% artım deməkdir.
Su nəqliyyat vasitələri sahiblərinin mülki məsliyyətinin sığortası dəmiryol nəqliyyatı vasitələrinin sahiblərinin mülki məsliyyətinin sığortası, işçilərin dələduzluğu sığortası, peşə məsuliyyətinin sığortası, işəgötürənin məsuliyyət sığortası, mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası, işin dayanması ilə bağlı risklərdən sığorta, ödəniş-yığım nisbəti 0% təşkil edib.
Hava nəqliyyatı vasitələrinin sığortası, kreditlərin sığortası üzrə zərəlilik, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə zərərlilik 1% təşkil edib.