İyunun 5-dən 6-na keçən gecə Zaqatala rayonunda baş verən zəlzələ bir sıra bağıntılar törədib və artıq sığorta şirkətlərinə müraciətlər başlayıb. Bu barədə FED.az-a bölgədəki sığorta şirkətlərindən bildirilib.
«Azsığorta» şirkətinin Zaqatala təmsilçisi, məşhur sığorta agenti Rəcəb Qədirov FED.az-a bildirib ki, zəldəzə nəticəsində artıq bəzi kəndlərdən «Azsığorta»ya mürciətlər daxil olub. «Rayonun Qımız, Muxah, Zəyəm, Əliabad kəndlərindən müraciətlər var.
Hələlik müraciətlər telefonla edilib, biz mütəxəssisləri gözləyirik ki, gəlsinlər, həmin obyektlərə baxış keçirilsin». R.Qədirov qeyd edib ki, hələlik müraciətlər yalnız kommersiya obyktləri ilə bağlıdır, baxmayaraq ki, zəlzələdə evlərə də zərər dəyib.
Zəlzələ nəticəsində R.Qədirovun öz evinə də zərər dəyib. Maraqlıdır ki, sığorta agentinin öz evinin sığortası olmayıb. Bunun səbəbi həmin evin JEK-in balansında olmasıdır: «Evim çatlayıb, qanuna görə, yerli icra hakimiyətlərinin və JEK-lərin balansında olan evləri onların sakinləri deyil, JEK özü sığortalamalıdır, ona görə də bizim evimiz sığortalanmayıb».