Fevralın 5-6-da Azərbaycanın Şamaxı bölgəsində baş verən zəlzələ nəticəsində “Azsığorta”a müraciətlərin sayı 70-80-ə çatıb.
FED.az xəbər verir ki, bu barədə şirkətin idarə heyətinin sədri Anar Talıbov bildirib. Onun sözlərinə görə, artıq birinci gün zəlzələ ilə bağlı 30, ikinci gün 50-yə yaxın olmaqla 80-ə yaxın müraciətlər var.
«Biz zərəri araşdırıb maksimum tez ödəniş etməyə hazırlaşırıq. Artıq qarşıdakı həftədən ödənişlərə başlayırıq. Bununla bağlı qərargah yaradılıb və məqsəd də odur ki, tez yardım edək». A.Talıbov bildirib ki, ilkin qiymətləndirməyə görə, zəlzələ nəticəsində haldisə başına ortalama zərərin məbləği 1-1,5 min manat təşkil edir. Amma 10-20 min manatlıq zərərlər də var. Hər şey araşdırmadan sonra dəqiqləşəcək.
«Zəlzələ ilə bağlı 10-20 min manata çatan zərərlər var» - SIĞORTA ŞİRKƏTİ
12:00
8 Fev 2019