Azərbaycanda daha bir sığorta brokeri şirkəti - “BUTA Sığorta və Təkrar Sığorta Brokeri” QSC fəaliyyətə başlayıb.
FED.az xəbər ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBPN) şirkətə lisenziyanı 10 may tarixində müddətsiz olaraq verib.
Broker şirkətindən FED.az saytına verilən məlumata görə, artıq şirkətin işçi komandası da müəyyənləşib. Bazarın peşəkar işçilərindən ibarək komanda artıq bu gündən tam fəaliyyətə başlayıb.
Bildirilir ki, şirkət bütün ənənəvi sığorta məhsullarından başqa ən çətin və riskli hesab edilən sığorta növləri üzrə də xidmətlər göstərəcək. Belə ki, şirkətin çətin və riskli hesab olunan sığorta növləri siyahısına aqrar sığorta, kiber sığorta, ticarətin maliyyələşdirilməsinin sığortası və digər növlər daxildir. Bildirilir ki, şirkət bütün məhsullarını müvafiq platforma üzrindən onlayn olaraq, hətta mobil telefonla belə satışına hazırdır.
Qeyd edək ki, “BUTA Sığorta və Təkrar Sığorta Brokeri”nin təklif etdiyi müasir və yeni məhsullar, eləcə də yüksək səviyyəli xidmətləri digər rəqiblərindən fəqrlənir. Belə olduğu halda şirkətin sığorta bazarında nüfuzlu bir sığorta brokerinə çevrilməsi istisna deyil.
Xatırladaq ki, “BUTA Sığorta və Təkrar Sığorta Brokeri” Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 12/26 ünvanında yerləşir.
Şirkətin direktoru tanınmış və peşəkar sığortaçı Əbülfəz Şıxıdır.
Yeni yaradılmış “BUTA Sığorta və Təkrar Sığorta Brokeri”ndən - FƏRQLİ XİDMƏTLƏR
15:18
17 May 2019