Azərbaycan sığorta bazarında xüsusi yeri olan “Günay Sığorta” ASC fəaliyyətini uğurla davam etdirir. FED.az xəbər verir ki, “Günay Sığorta”nın bu ilin əvvəli ilə müqayisədə göstəriciləri əhəmiyyətli dərəcədə müsbətə doğru artıb. Belə ki, bu ilin 9 ayının nəticələrinə görə, “Günay Sığorta”nın cəmi aktivləri 13 milyon 939 min manat təşkil edib.
Eləcə də bax:“Günay Sığorta”nın xalis mənfəəti kəskin - ARTIB
Bu ilin əvvəli ilə müqayisədə 1 milyon 181 min manat və ya 9,25% çoxdur. İlin əvvəlindən bu yana sığorta şirkətinin cəmi kapitalı 1 milyon 207 min manat və ya 15,29% artaraq 9 milyon 097 min manat olub. Şirkətin cəmi öhdəlikləri son 9 ay ərzində 0,5% azalaraq 4 milyon 841 min manat təşkil edib. Bu ilin 9 ayı ərzində şirkətin cəmi gəlirləri 5 milyon 258 min manat, xərcləri isə 4 milyon 050 min manat təşkil edib. Nəticədə şirkətin xalis mənfəəti 1 milyon 207 min manat təşkil edib. Həmçinin sığorta şirkəti digər maliyyə alətlərinə investisiya etməklə bazarda aktiv oyunçuya çevirilir. Belə ki, son bir ildə şirkət dövlət qiymətli kağızlarına 1 milyon 799 min 840 manat və ya 3 dəfədən çox investisiya artıraraq bu məbləği 2 milyon 668 min 344 manata çatdırıb. Bununla yanaşı şirkət daşınmaz əmlaka bu ilin 9 ayının nəticələrinə görə, 3 milyon 177 min 779 manat investisiya edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 951 min 541 manat və ya 42,74% çoxdur.
Maliyyə göstəriciləri ilə yanaşı şirkəti şimal və cənub regionlarında yeni filiallarını müştərilərin istifadəsinə verməklə satış çoğrafiyasını daha da genişləndirib. Ümumiyyətlə, şirkətdəki inkişaf prosesinə nəzər yetirdikdə məlum olur ki, mövcud inkişaf meylləri cari ilin əvvəlindən hiss olunmaqdadır. Şirkətdəki institutsional dəyişiklik, korporativləşmə, əsas maliyyə göstəricilərindəki artım, sığorta portfelinin gəlirlilik dərəcəsinin artması, mənfəətlilik, eləcə də müştəri məmnuniyyəti səviyyəsinin artırılması şirkətdə ilin əvvəlində olan təyinatlarla bağlıdır. Belə ki, şirkətdəki qeyd olunan bütün irəliləmə və uğurları yeni cəlb edilmiş peşəkar mütəxəsislərin peşəkarlağının nəticəsi kimi qiymətləndirmək olar. Şirkətin zərərdən mənfəətə keçməsi, sığorta portfelinin zərərlilik dərəcəsinin minuma enməsi, korporativ qaydaların hazırlanması, işçilərlə bağlı motivasiya proqmalarının işlənilib hazırlanması və digər bu kimi inkişaf göstəriciləri “Günay Sığorta”da yeni təyinatdan sonra baş verib.
Xatırladaq ki, Azərbaycan sığota bazarında 26 illik fəaliyyəti olan "Günay Sığorta" ASC 1992-ci ildən qeydiyyata alınaraq fəaliyyətə başlayıb. Şirkət müştərilərə 19 könüllü və 4 icbari sığorta növü üzrə xidmətlər göstərir.