Yaşıl Kart sisteminə üzv ölkələrə səfər etmək istəyən vətəndaşların nəzərinə çatdırırıq ki, bu növ üzrə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) iştirakçısı olan sığorta şirkətləri bunlardır: “AtaSığorta” ASC, “Atəşgah” Sığorta Şirkəti ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC, “Xalq Sığorta” ASC.
FED.az xəbər verir ki, bu barədə “İcbari Sığorta Bürosu” məlumat yayıb
Məlumat üçün bildiririk ki, İSB Yaşıl Kart sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.