İcbari Sığorta Bürosu Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə məlumat yayıb.
Azad edilmiş torpaqlarda beynəlxalq “Yaşıl Kart” sığorta xidmətindən istifadə mümkün olacaq
FED.az bu barədə İcbari Sığorta Bürosuna istinadən xəbər verir.
Məlumatda bildirilir:
Yaşıl Kart sisteminə üzv ölkələrə səfər etmək istəyən vətəndaşların nəzərinə çatdırırıq ki, bu növ üzrə İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının (Büro) iştirakçısı olan sığorta şirkətlərinin siyahısı belədir: “AtaSığorta” ASC, “Atəşgah” Sığorta Şirkəti ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC, “Xalq Sığorta” ASC.
Məlumat üçün bildiririk ki, sistem 43 Yaşıl Kart Bürosunun təmsil etdiyi 47 üzv ölkədən ibarətdir. Büro Yaşıl Kart sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.