İcbari Sığorta Bürosu (İSB) Azərbaycanda beynəlxalq «Yaşıl Kart» sistemi üzrə xidmət göstənən sığorta şirkətlərinin yeni siyahısını açıqlayıb.
FED.az-ın məlumatına görə, «Yaşıl Kart» sisteminə üzv ölkələrə səfər etmək istəyən vətəndaşların nəzərinə çatdırılıb ki, bu növ üzrə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) iştirakçısı olan sığorta şirkətləri bunlardır: “AtaSığorta” ASC, “Atəşgah” Sığorta Şirkəti ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC, “Xalq Sığorta” ASC.
Məlumat üçün bildiririk ki, İSB Yaşıl Kart sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.