Yaşıl Kart sisteminə üzv ölkələrə səfər etmək istəyən vətəndaşların nəzərinə çatdırırıq ki, bu növ üzrə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) iştirakçısı olan sığorta şirkətləri bunlardır: “Atəşgah” Sığorta Şirkəti ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC, “Xalq Sığorta” ASC.
“Yaşıl Kart” Sistemi üzrə böyük sığorta ödənişi həyata keçirilib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosu məlumat yayıb.
Məlumat üçün bildiririk ki, İSB Yaşıl Kart sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.












