Bu ilin yanvar ayının nəticələrinə görə Azərbaycanda sığorta yığımları 163,7 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata əsasən yığımları ən yüksək olan şirkətlər 69 milyon manatla "Paşa Sığorta" və 50,3 milyon manatla "Paşa Həyat Sığorta" şirkətləri olub.
“Atəşgah Həyat” Sığorta Şirkətinin ödənişləri 8 milyon manatı keçib.
"Aqrar Sığorta"nın yığımları isə 8 milyon manata çatıb.
“Qala” Sığorta Şirkəti isə 5,6 milyon manatdan çox sığorta haqqı toplayıb.
"Atəşgah Sığorta"nın yığımları isə 4,9 milyon manatdan yüksək olub.