2019-cu ilin yanvar ayında Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 251,2 min manat olub.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, 2018-ci ilin yanvar ayındakı göstəricidən 35,6 min manat və ya 16,51% çoxdur.
Xaricə səfər edən vətəndaşların sığortası ödənişlərə gəlincə, bu ilin fevralın 1-nə bu rəqəm 11,2 min manat təşkil edib ki, bu ötən ilin yanvar ayı ilə müqayisədə 0,5 min manat və ya 4,5% azdır.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 3 mln. 758,1min manat olub. Ötən il xaricə səfər edən vətəndaşların sığortası ödənişlərə gəlincə, bu rəqəm 749,5 min manat təşkil edib.