Bakının Nizami rayonunda yerləşən "Diqlas" Ticarət Mərkəzindəki yanğında zərər çəkmiş 7 mağaza sahibi sığorta ödənişi üçün "Azsığorta" ASC-yə müraciət edib.
FED.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
"Şirkət hazırda bu müraciətləri qeydə alaraq müvafiq araşdırmalar aparır. “"Sığotra fəaliyyəti haqqında" qanunun tələblərinə əsasən digər məlumatlar sığorta sirri hesab edildiyi üçün hazırki mərhələdə daha ətraflı məlumatın verilməsi mümkün deyil”, - deyə məlumatda bildirilir.
Bununla belə, hazırda ticarət mərkəzinə giriş məhdudlaşdırıldığı üçün sığorta şirkətinə məxsus qəza komissarları sığorta hadisələri ilə bağlı araşdırma apara bilmirlər.
Eləcə də bax: «Diqlas»ın rəhbəri çıxış yolunu açıqladı: «Bizi tutsalar sizə nə faydası olacaq?»