Bu yaxınlarda Gədəbəy rayonunda yanan Qızıl Emalı Zavoduna (Azərbaijan international Mining Company) dəymiş zərəri “Paşa Sığorta” şirkəti ödəyəcək.
Şirkətdən FED.az-a bildirilib ki, bu hadisə bu yaxınlarda baş verib və digər hadisələrlə müqayisədə böyük həcmli bir sığorta hadisəsidir. Baş vermis hadisə nəticəsində zavodun əsas konstruksiyaları zərər görüb.
Hazırda zavoda dəymiş zərərin dəyərləndirməsi üçün iş müvafiq ekspertlərə yönləndirilib, dəyərləndirmə işləri davam edir.
Qeyd edək ki, Azərbaijan international Mining Company “Paşa Sığorta” şirkəti tərəfindən sığortalanıb. Müqavilə üzrə sığorta məbləği 19 mln. manat təşkil edir.