Son günlər ölkənin bütün ərazisində, xüsusilə də Bakıda yağan yağışlar bir sıra fəsadlar törətmiş, hətta insan tələfatına səbəb olub.
Sığorta vasitəçiləri: - Onlara güvən nə qədərdir?
FED.az xəbər verir ki, yolların və körpülərin su altında qalması ilə yanaşı, yağış həm də əmlaklara zərər vurur, bu, bəzi sığorta hadisələrinə yol açır.
Başqa sözlə desək, əmlaka zərər vurulması ilə bağlı bəzi sığorta hallarına səbəb olur.
Bunlardan ən çox yayılanı da yağış nəticəsində evə və mənzillərə su damması, su axması və nəticədə mənzilin təmirinin korlanmasıdır.
Qeyd edək ki, mənzilinin korlanması Bakıda və bölgələrdə təbii fəlakətlər nəticəsində əmlaka ən çox zərər vuran hadisədir. Çünki bu zaman əmlak sahibi böyük maddi zərərlə üz üzə qalır.
Ölkəmizdə tətbiq olunan daşınmaz əmlakın sığortası, belə hadisələr nəticəsində çüştəriyə dəyən zərəri qarşılayır. Amma ortaya sual çıxır:
Yağış yağması nəticəsində dəymiş zərərə görə subroqasiya iddiası kimə qarşı qaldırılmalıdır?
Bu o deməkdir ki, sığorta şirkəti müştəriyə dəyən zərəri ödədikdən sonra həmin vəsaiti bu hadisəyə səbəb olmuş şəxsdən geri ala bilər. Bu şəxslər hansılar ola bilər? "A-Qroup Sığorta Şirkəti" ASC-nin Hüquq şöbəsinin rəhbəri, vəkil Hüseyn İsmayılov bu məsələyə aydınlıq gətirir :
Yağışın və ya digər təbii hadisələrin bir binanın damına zərər vurduğu hallarda və nəticədə aşağıdakı mənzillərə də zərər dəydikdə, subroqasiya iddiası ilə bağlı əsas məsələ sığorta şirkətinin kimin məsuliyyət daşıdığına qərar verməsidir. Subroqasiya iddiası sığorta şirkəti tərəfindən, zərərçəkənə ödəniş edildikdən sonra, zərərə səbəb olan tərəfə qarşı irəli sürülür. Belə hallarda, kimə qarşı iddia qaldırılacağı bir neçə faktordan asılıdır:
Binanın sahibi və ya idarəçiyə qarşı:
Əgər zərər bina damının pis vəziyyətdə olması və düzgün təmir olunmaması səbəbindən baş veribsə, sığorta şirkəti bina sahibinə və ya idarəçisinə qarşı subroqasiya iddiası qaldıra bilər. Bu halda bina sahibi zərəri qarşılamalıdır, çünki o, binanın infrastrukturuna görə məsuliyyət daşıyır və yağışın binaya vurduğu zərərə qarşı lazımi tədbirləri görməli idi.
Damın təmiri üzrə podratçı şirkətə qarşı:
Əgər dam yaxın keçmişdə təmir edilibsə və zərər damın keyfiyyətsiz təmirindən qaynaqlanıbsa, subroqasiya iddiası damı təmir edən podratçıya qarşı qaldırıla bilər. Bu halda, podratçı şirkət, işin keyfiyyətsiz olması səbəbindən məsuliyyət daşıyacaq.
Binanın üst mərtəbəsində yaşayan mənzil sahibinə qarşı:
Əgər damdan sızma üst mərtəbədə yaşayan sakinlərin zərərli fəaliyyəti nəticəsində baş veribsə (məsələn, sakin damın örtüyünü pozub və ya qanunsuz dəyişikliklər edib), bu halda subroqasiya iddiası həmin mənzilin sahibinə qarşı qaldırıla bilər.