Hər zaman ədaləti müdafiə edən ədliyyə işçilərinə bu dəfə Xalq Sığortadan xüsusi təklif var!
FED.az xəbər verir ki, şirkət ədliyyə işçiləri üçün Kasko sığorta paketini daha sərfəli şərtlərlə təqdim edir. Belə ki, kampaniya müddəti ərzində siz Kasko sığorta növünü aylıq 15 AZN-dən başlayan qiymətlərlə, 2% tarif dərəcəsi ilə, 6 və ya 12 aya qədər hissəli ödənişlə əldə edə bilərsiniz.
Kasko sığorta paketinə aşağıdakı təminatlar daxildir:
- Avtonəqliyyat hadisəsi;
- Atılmış və ya düşmüş əşya;
- Üçüncü şəxsin qanunazidd hərəkəti;
- Oğurluq, quldurluq, qaçırma və soyğunçuluq;
- Yanğın və partlayış;
- Heyvanların hərəkəti;
- Təbii fəlakət.
Qeyd: Kampaniyanın müddəti 1 aydır.
Kampaniya haqqında ətraflı məlumat əldə etmək və təklifdən yararlanmaq üçün şirkətin 7/24 fəaliyyət göstərən 183 Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Xatırladaq ki, 2005-ci ildən fəaliyyət göstərən "Xalq Sığorta" ASC, 58 750 500 manat həcmində nizamnamə kapitalına malikdir. Şirkət, tərəfdaşlar və müştərilər qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirməklə sığorta bazarında yüksək etimad qazanmışdır.
Hazırda fəaliyyətini uğurla davam etdirən “Xalq Sığorta” şirkəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında müştərilərə 20-dən çox könüllü və 3 icbari sığorta növünü təklif edir.