Azərbaycanın işğaldan azad edilmiş ərazilərində baş verən avtomobil qəzasına görə, böyük məbləğdə ödəniş edilib.
FED.az xəbər verir ki, ölkənin aparıcı sığorta şirkətlərindən olan «Atəşgah» Sığorta Şirkəti «HOWO» markalı yük avtomobili ilə baş verən qəzaya görə, böyük ödəniş edib.
Şirkətdən verilən məlumata görə, 09.09.2024-cü il tarixində Xocalı rayonu ərazisində "Atəşgah" Sığorta Şirkəti tərəfindən sığortalanmış «HOWO ZZ3327S3847E» markalı yük avtomobilinin idarəetməni itirməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
«Atəşgah» Sığorta Şirkətinin Texniki ekspertiza şöbəsi hadisə ilə bağlı sığortalanmış avtomobilə dəymiş maddi zərəri qiymətləndirib və sığortalıya 35 400 AZN məbləğində sığorta ödənişi edilib.