Sığorta

Xəstəxanalara müraciət edənlərin - SIĞORTASI YOXLANACAQ

Xəstəxanalara müraciət edənlərin - SIĞORTASI YOXLANACAQ | FED.az
16:02 16 İyul 2019

Tibb müəssisələrinin fəaliyyətlərinin elektronlaşdırılması məqsədi daşıyan proqram təminatı vasitəsilə xəstəxanalara müraciət edən vətəndaşların onlayn qeydiyyatı aparılacaq.

Bu barədə FED.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Eləcə də bax:Xəstəxanalarda təlimlər keçirilir - İCBARİ TİBBİ SIĞORTA

Burada vətəndaşın müraciət etdiyi şöbələr, pasiyentə xidmət göstərən həkimlər, ona təyin olunan müayinə və müalicələr (ambulator və stasionar) barədə məlumatlar öz əksini tapacaq.

Həmçinin proqram təminatı vasitəsilə xəstəxanaya müraciət edən şəxsin sığortalı olub-olmamasını da müəyyən etmək mümkün olacaq.

Proqramda qeyd olunan diaqnozlar və laborator xidmətlərin elektron olması isə tibbi ekspertizanın aparılmasına imkan yaradacaq.

Qeyd edək ki, tibb müəssisələrinin tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə xəstəxanalarda təlim keçirilir.

Digər xəbərlər

Banner