Xəbər verdiyimiz kimi bu gün Bakıda dünya turizm brendlərinin iştirakı ilə "Baku Travel Bazar wellness & Leusure” adlı beynəlxalq sərgi keçirilib.
FED.az xəbər verir ki, sərgiyə təşkilati dəstək göstərən “Qala Sığorta” və “Qala Həyat” sığorta şirkətlərinin nümayəndələri də tədbirdə yaxından iştirak edib.
“Qala Sığorta”nın satış departamentinin əməkdaşı Mirzə Fərhadov saytımıza açıqlamasında bildirib ki, “Qala Sığorta” və “Qala Həyat” sığorta şirkətləri bu sərginin təşkilati dəstəkçisi olduğu üçün "Qala Sığorta" şirkəti tədbirin məzmununa uyğun səyahət sığortası paketini geniş ictimaiyyətə təqdim edir:
“Şirkətimiz 2015-ci ildən fəaliyyət göstərir. Bütün növ sığorta məhsulları təklif edirik. Bu gün təqdim etdiyimiz əsas xidmət səyahət sığortası istiqamətindədir”.
Eləcə də bax :İşsizlikdən və məcburi dövlət sığortasını ödəməyənlər cinayət məsuliyyətinə cəlb olunacaq
Onun sözlərinə görə, “Qala Sığorta” sığorta şirkəti səyahət sığortası növü üzrə bazarda bir çox yenilikləri ilə fərqlənir. Belə ki, standart paketlərdən əlavə, baqaj təminatı, baqajın itirilməsi və müştərinin təyyarəyə gecikməsi, eyni zamanda, təyyarənin gecikməsi, sənədlərin xaricdə itirilməsi halında problemin aradan qaldırılması və ya dəymiş zərərin ödənilməsi istiqamətində xidmətlərimiz var. Və bütün bu xidmətlərin müqabilində heç bir ödəniş tələb edilmir.
Baqajın itərsə - 10 avro kompensasiya
“Məsələn kimsə burda baqajı təhvil verir, səfər etdiyi ölkədə onu geri almağı unudur. Avia-şirkətdən həmin adama baqajının itməsi ilə bağlı sənəd verilir. Müştəri həmin sənədi bizim şirkətə təqdim edir. Baqajın 30 günlük axtarılma müddəti ərzində o baqaj tapılmazsa “Qala Sığorta” şirkəti baqajın hər kilosuna görə 10 dollar və ya 10 avro məbləğində kompensasiya ödəyir”.
Təyyarə gecikərsə - 15 dollar təzminat
“Məsələn hava şəraitinə və ya digər səbəblərə görə təyyarə gecikir və müştəri gözləmək məcburiyyətində qalır, bununla da vaxt itirir. Həmin müştəriyə ilk 3 saat franşiza olmaqla vaxt itirdiyi üçün 15 dollar və ya 15 avro dəyərində təzminat onu sığorta edən “Qala Sığorta” tərəfindən verilir”.
Xarici ölkədə sənədlərin itərsə - dəymiş zərəri “Qala Sığorta” ödəyir
“Müştəri xarici ölkədə sənədlərini itirsə, Azərbaycana qayıtdıqdan sonra təbii olaraq ASAN xidmətə müraciət edir. Bu zamanda müştərinin yerinə dəymiş zərəri bizim şirkət ödəyir”.
Təyyarəyə gecikməyə görə - 500 avro
“Uçuş günü hər hansı bir fors-major hal yaşandığı üçün təyyarəyə gecikmə baş verərsə şirktəmiz tərəfindən müştəriyə 500 dollar və ya 500 avro məbləğində vəsait ödənilir ki, biletini rahatlıqla dəyişə bilsin”.
Xarici ölkədə sənədlərin itərsə dəymiş zərəri “Qala Sığorta” ödəyəcək – YENİ SƏYAHƏT PAKETİ
18:06
19 Aprel 2018