Yaponiya Hörmüz boğazında vəziyyətin gərginləşməsi ilə əlaqədar neft məhsullarının daşınmasında müəyyən çətinliklərlə qarşılaşıb.
FED.az xəbər verir ki, Hörmüz boğazından keçən tankerlərin sığorta məbləği böhrana qədər olduğundan 10 dəfə artıb.
Eləcə də bax: Təyyarə mühərrikinə görə 5 milyon manat sığorta ödənişi verilib - AZƏRBAYCANDA
Son aylarda sığortaçılar tarifləri 0,025 faizdən 0,25 faizədək qaldırıblar. Beləliklə, əgər boğazdan keçən tankerin dəyəri 10 milyard yen (təqribən 92 milyon dollar) təşkil edirsə, bu zaman onu sığorta etmiş şirkət əvvəllər olduğu kimi 23 min dollar deyil, 230 min dollar ödəməlidir.
Bundan əlavə, İrandan maksimum uzaqlaşdırılmaq üçün tankerlərin marşrutu dəyişdirilib. Yaponiya şirkətləri tərəfindən sığortalanan tankerlər, həmçinin Hörmüz boğazını maksimum sürətlə keçməlidirlər ki, bu da əlavə yanacaq sərfiyatına səbəb olur. Bu kanal neft məhsullarının Yaponiyaya daşınması üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, Yaponiya xammalın 80 faizini İran körfəzi ölkələrindən alır.