Azərbaycanda könüllü sığorta növləri strukturunda yer alan xarici səfər sığortası üzrı yığımlar artıb.
FED.az xəbər verir ki, bunu Malliyyə Bazarlarına Nəzarət Palatasının sığorta şirkətlərinin yanvar-iyul ayları üzrə açıqladığı hesabata əsasən demək olar.
Hesabata görə, bu ilin 7 ayı ərzində sığorta şirkətləri 2 645,6 min manat səfər sığortası toplayıblar ki, hu da ötən ilin eyni dövrü ilə müqayisədə 18.9% çoxdur.
Xaricə səfər sığortasında ödənişlər isə azalıb. Belə ki, ötən ilin 7 ayı ilə müqayisədə bu il bu göstərici 44.3% azalaraq 257,4 min manat təşkil edib.